Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib

Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib
Foto
Siyasət 691
Tbilisidə gecə saatlarında polis gözyaşardıcı qaz və su şırnağı maşını ilə etiraz aksiyasını dağıdıb.BAKU.WS report-a istinadən xəbər verir ki, etirazçılar hakim Gürcü Arzu Partiyasının Rustaveli prospektindəki ofisinə daxil olublar. Onlar partiyanın kiçik və böyük bayraqlarını yandırıblar.Aksiya iştirakçıları səhər saatlarında polis maşınını aşırıb, dəyənəklərlə maşını yararsız hala gətiriblər və polislərə daş atıblar.Polis bir neçə etirazçını saxlayıb.Hazırda şəhər mərkəzində vəziyyət sakitdir. Bağlanan bütün yollarda avtomobillərin hərəkəti bərpa olunub.Müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri aksiyanın bu gün parlament qarşısında bərpa olunacağını bildiriblər.

Oxşar xəbərlər

Son xəbərlər