Tbilisidə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə “İsani” metro stansiyasının yaxınlığında baş verən yanğın lokallaşdırılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, əraziyə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.
Yanğının avtomobil ehtiyat hissələri bazarında istifadə olunmuş şinlərin mağazasında baş verdiyi bildirilir.
Hadisə yerinə təcili tibbi yardım maşınları da cəlb edilib.
Xəsarət alanlar barədə məlumat hələ yoxdur.
***16:07
Tbilisidə güclü yanğın başlayıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, yanğın İsani metrostansiyası yaxınlığındakı avtomobillər üçün ehtiyat hissələri bazarında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Ərazidə və ətrafda böyük tüstü dumanı yaranıb.
Oxşar xəbərlər
Azərbaycanlı yanğınsöndürənlər iki rayonda yanğınları söndürüb - VİDEO
Türkiyənin Dənizli şəhərinin Buldan və Tavas rayonlarındakı meşə sahələrində baş verən yanğınlar nəzarət altına alınıb. BAKU.WS xəbər verir ki, Buldan rayonunun...