Tarif Şurasına yeni səlahiyyətlər verildi

Tarif Şurasına yeni səlahiyyətlər verildi
Siyasət 1582
İstehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.BAKU.WS bildirir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurası tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirəcəklər.Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri də məhz Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır.BAKU.WS

Oxşar xəbərlər

Prezident pensiya ilə bağlı MÜHÜM FƏRMAN İMZALADI

Prezident pensiya ilə bağlı MÜHÜM FƏRMAN İMZALADI

İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq...

30576 Sosial 20:32 25 sentyabr 2017

Son xəbərlər