Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq”.
BAKU.WS xəbər verir ki, bunu report-a Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib.
Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.
Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqcanın (Mirzə Sadıqcan) yaşadığı ev XIX əsrə aiddir.
Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni vandallar tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdə olublar - YENİLƏNİB
Mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı...