Tanınmış iş adamını öldürüb cəsədini asit turşusu ilə əridərək məhv etdilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə iş adamı əvvəlcə öldürülüb, daha sonra isə cəsədi asit turşusu ilə yandırılaraq məhv edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış xalça satıcısı Nurhan Örün (55 yaş) qohumu Çiğdem Bayraktar Ör bu barədə sosial şəbəkədə paylaşım edib.
"Bir parça kəfəni də ondan əsirgədilər. Halbuki Nurhan o məxluqa evini açmışdı, işsiz olduğu üçün ona otaq vermişdi".
Belə ki, hadisə acgözlük zəmnində Kocaelidə baş verib. Körfez rayonunun Hereke Agah Ateş məhəlləsində yerləşən xalça fabrikinin sahibi olan şəhərin tanınmış iş adamı Nurhan Ör noyabrın 7-də evə getməyib və zənglərə cavab verməyib. Narahatlıq keçirən ailəsi onun itkin düşdüy barədə polisə məlumat verib. Polis noyabrın 9-da Nurhan Ör-ün avtomobilini boş sahədə tapıb. Avtomobildə Örün qan izlərinə rast gəlinib. Polis, İ.E. (55 yaş) və onunla bağlantısı olduğu müəyyən edilən A.T. (56 yaş), C.A. (56 yaş), B.T. (29 yaş), N.T. (61 yaş), E.D. (33 yaş) və F.G (36 yaş) adlı şəxsləri yaxalayıb. Şübhəlilərdən biri sorğu-sual zamanı Nurhan Örü öldürdüklərini etiraf edib.
Mərhumun qardaşının həyat yoldaşı bildirib ki, qatillərə veriləcək ən ağır cəza belə ürəklərini soyutmağa kifayət etməyəcək:
"Onu dəhşətli bir planla məhv etdilər. Ondan bir parça kəfəni, övladlarından və bizdən isə məzar daşını əsirgədilər. Ancaq Nurhan evini o alçaq məxluqa açmışdı, işsiz olduğu üçün otaq vermişdi. İşdə kömək edirdi. Qazının pulunu ödəyirdi. İnsan uşaqlıq dostuna güvənə bilmirsə, bu o deməkdir ki, biz bitmişik. Nurhanımızı geri qaytara bilməsələr də, qanun və ədalət bizim tək təsəllimiz olacaq”.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib - FOTO/VİDEO
Türkiyənin yeni istehsalı olan və silahla təchiz edilmiş "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb. BAKU.WS xəbər verir ki, bu barə...