Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - FOTO

Məşhur aktyor Köksal Engür vəfat edib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün səhhəti pisləşən Köksal onun üçün çağırılan təcili tibbi yardım maşınında dünyasını dəyişib. Engür Göztepe Medikal Park xəstəxanasına çatdırılanda artıq onun orqanizminin funksiyasını dayandırdığı məlum olub.
Bu barədə aktyorun yaxın dostu Cengiz Bozkurt məlumat yayıb. 76 yaşlı Engürün uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.
Aktyor bu gün Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Köksal Engür sonuncu dəfə "Leyla ile Mecnun" serialının 4-cü mövsümündə rol almışdı.

Oxşar xəbərlər
Müğənninin həbsdə olan əri vəfat etdi - FOTO
Türkiyəli müğənni Elif Karlının həbsdə olan həyat yoldaşı Ahmet Cengiz Karlı vəfat edib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, 57 yaşında ürək...
