Taksimdəki bombalı hücum ilə bağlı YENİ XƏBƏR: Sərbəst buraxılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsindəki bombalı hücumla bağlı məhkəmə iclası keçirilib.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Hücumdan sonra başladılan istintaq çərçivəsində barəsində iddia açılan 24 həbs edilən şəxs və 36 şübhəlinin məhkəməsi bu gün davam edib.
İclasda 6 şübhəlinin sərbəst buraxılmasına qərar verilib.
Məhkəmə iclası 22 yanvar 2024-cü il tarixinədək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin 13 noyabrında baş vermişdi. Hücum zamanı zamanı 6 nəfər həlak olub, 99 nəfər isə yaralanıb. Terror aktını qadın həyata keçirib.
Oxşar xəbərlər
İstiqlal küçəsində törədilən terrorun təşkilatçısı zərərsizləşdirilib
Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib. BAKU.WS "Haber Global"a istinadən...