İsveçin CV90 PDM-ləri Ukraynada istehsal olunacaq

İsveçin CV90 PDM-ləri Ukraynada istehsal olunacaq
Siyasət 3

İsveçin CV90 piyada döyüş maşınları (PDM) Ukraynada da istehsal olunacaq.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə İsveçdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, hazırda sözügedən texnikalardan ön cəbhədə səmərəli istifadə olunur: “Biz həmçinin CV90-ları Ukraynada istehsal etməyi planlaşdırırıq”.

Zelenski qeyd edib ki, Ukrayna ilə İsveç arasında hərbi əməkdaşlıq inkişaf edəcək.

Son xəbərlər