Şuşadakı forumun Cənubi koreyalı iştirakçısı hansı mesajı verdi?

"Ölməzdən əvvəl doğma şəhərlərinə qayıda bilən insanlara həsəd aparıram".
Bu fikri III Şuşa Qlobal Media Forumunun iştirakçısı, Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetinin əməkdaşı Gi Vunq Cunq səsləndirib.
O bildirib ki, birinci və ikinci forumlarda spiker kimi iştirak edib, bu dəfə isə sadəcə iştirakçıdır:
"Dünən Ağdam şəhərində olduq. Bu, heyrətamiz və inanılmaz idi. İnanmaq olmur ki, bu ərazi belə qısa müddətdə Azərbaycan xalqının və hökumətinin dəstəyi ilə bu şəkildə bərpa olunub. Mən bölünmüş ölkədən olan bir aliməm. Odur ki, ölməzdən əvvəl doğma şəhərlərinə qayıda bilən insanlara həsəd aparıram".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Sığorta ödənişi təzminat deyil: Rusiya XİN anlayışları təhrif edir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğramasına görə sığorta ödənişlərinə həsr olunmuş geniş bəyanat ya...
