Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərləri Birgə Kommünike imzalayıb

Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərləri Birgə Kommünike imzalayıb
Siyasət 5

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası yekunlaşıb. Toplantının nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri Birgə Kommünike imzalayıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, imzalanan sənəd rəqabət siyasəti istiqamətində əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsini, həmçinin gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərinin müəyyən edilməsini əhatə edir.

***14:15

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində yeni qərarlar qəbul edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, keçirilən tədbir türk dünyasında iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.

"İclas zamanı tərəfdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Görüşün nəticəsində qurumlar arasında əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən birgə kommünike imzalanıb.

Kommünikedə rəqabət sahəsində strateji fəaliyyət prioritetləri və gələcək addımlar öz əksini tapıb. Bundan başqa, iştirakçı qurumlar arasında bir sektoral araşdırmanın həyata keçirilməsi və rəqabət mövzuları üzrə üç işçi qrupun formalaşdırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan tərəfi TDT ölkələrinin rəqabət qurumları arasında strateji tərəfdaşlığın gücləndirilməsinə bundan sonra da hərtərəfli dəstək verəcək", - E. Bağırov vurğulayıb.

Son xəbərlər