"Survivor" çempionu: "Yarışlardan əvvəlki pulsuz vəziyyətimə qayıtdım" - FOTO

Survivor çempionu: Yarışlardan əvvəlki pulsuz vəziyyətimə qayıtdım - FOTO
Siyasət 1

“Survivor” çempionu Turabi Çamkıran bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, hazırda ABŞ-də yaşayan idmançı müflis olduğunu, olan qalan son pulunu da müalicəsinə xərclədiyini deyib:

"İndi çox yorğunam. Xatırladıqca fəxr edəcəyim çempionatlarda qalib olmuşam.

Qazandığım pula görə çox insan itirdim. Pulun bir hissəsi ailənin borclarına, bir hissəsi dostların probleminə, bir hissəsi isə ehtiyacı olan qardaşlarıma getdi.

Mən də səhhətimi yaxşılaşdırmaq üçün indi pis günün pulundan istifadə edirəm. Allaha şükürlər olsun ki, yarışlar öncəsi pulsuz vəziyyətimə qayıdıram".

Qeyd edək ki, Turabi Çamkıran iki dəfə “Survivor” qalibi olub.

Son xəbərlər