Suriyanın zəlzələ baş verən bölgəsində epidemiya - Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş şəhərindəki zəlzələlərdən təsirlənən Suriyanın şimalında vəba epidemiyası yayılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bölgədə 2 nəfər vəbadan ölüb, yoluxanların sayı isə 600-ə çatıb.
Məlumata görə, zəlzələ bölgəsində yayılan epidemiya şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərir. Bildirilib ki, epidemiya çox yoluxucu və öldürücü səviyyədədir.
Mülki müdafiə qrupu qeyd edib ki, su şəbəkələrinə və infrastruktur sistemlərinə ciddi ziyan dəydiyi üçün ərazidəki 568 nəfərdə vəba xəstəliyi aşkarlanıb.
Oxşar xəbərlər
Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2
Türkiyədə daha bir zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ Sivasın Gürün bölgəsində 4.1 bal gücündə qeyd...