Suqovuşanda minaya düşən əsgərimiz şəhid olub - FOTO

Suqovuşanda minaya düşən əsgərimiz şəhid olub - FOTO
Siyasət 210

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Suqovuşanda minaya düşən əsgərimiz şəhid olub - FOTO

Son xəbərlər