Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Prezident İlham Əliyev bu gün İlqar Rza oğlu Abbasovu Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edib.
Prezidentin digər sərəncamı ilə, İlqar Abbasova general-mayor ali hərbi rütbəsi verilib.
BAKU.WS-in Modern.az-a istinadla məlumatına görə, İlqar Abbasov bu təyinata qədər Bakı şəhərinin prokuroru vəzifəsində çalışıb.
İlqar Abbasovun qısa tərcümeyi halını təqdim edirik.
Abbasov İlqar Rza oğlu Naxçıvan şəhərində anadan olub.
49 yaşlı İlqar Abbasov Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib.
Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov ardınca Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib.
2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.
2017-ci ilin aprelində İ.Abbasov Bakı şəhər prokuroru təyin edilib. O, həmin vəzifədə 5 il işləyib.
27 aprel 2022-ci il tarixində İ.Abbasov Bakı şəhər prokuroru vəzifəsindən azad edilib.
İlqar Abbasovun işdən çıxarılmasına səbəb kimi səlahiyyət müddətinin başa çatması göstərilib.
İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...