Strasburqda Ermənistanın silahlı təxribatlarına etiraz olaraq yürüş keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən günlər ərzində Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində dövlət sərhədi boyu Ermənistan tərəfindən ölkəmizə qarşı silahlı təxribat və hücumlar, habelə Azərbaycan torpaqlarının davam edən hərbi işğalına etiraz etmək məqsədilə iyulun 20-də Strasburqda yürüş keçirilib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən verilən məlumata görə, yürüşdə Azərbaycan və türk icmalarının təmsilçiləri, Strasburqda təhsil alan Azərbaycanlı tələbələrin və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası (ASEAF) tərəfindən təşkil edilən yürüş Avropa Şurasının mənzil-qərargahı qarşısında başlayıb və Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası qarşısında baş tutmuş nümayişlə davam edib. Azərbaycan, eləcə də türk və fransız bayraqlarının dalğalandığı bu yürüş zamanı iştirakçılar “Ermənistanın təcavüzünə son” və “Qarabağ Azərbaycandır!” kimi plakatlar nümayiş etdirib, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulmasını tələb edən şüarlar səsləndirib, habelə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatları haqqında məlumatlar yer alan broşürləri yerli sakinlər arasında paylayıblar.
Yürüşdə həmçinin son döyüşlər zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçiləri və ahıl mülkü vətəndaşımızın xatirəsi yad edilib, Azərbaycan ordusuna dəstək ifadə olunub.
Yürüş-nümayişin ardınca toplantı iştirakçılarının adından Avropa Şurası Baş katibi, Avropa Şurası Parlament Assambleyasının Prezidenti, Avropa Parlametinin Prezidenti və eləcə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə müraciətlər ünvanlanıb və Ermənistanın işğalçı siyasətinə son qoyulması məqsədilə qəti tədbirlərin görülməsinə dair çağırış edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...