Stokholmda parlamentin yaxınlığında “Quran” yandırılıb - VİDEO

İsveçin paytaxtı Stokholmda Polisin icazə ilə parlament binası yaxınlığında aksiya keçirilib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları, İraqdan olan miqrantlar Salvan Momika və Salvan Naсem “Quran”ın bir neçə səhifəsini yandırıblar.
Əksəriyyəti jurnalistlər olan 50-yə yaxın insanın toplaşdığı aksiyada Momika və Nacem müqəddəs kitabı əvvəlcə təpikləyib, sonra ortasından bir neçə vərəqi qoparıb yandırıblar.
Yanmış kitabı zibil qutusuna atıblar. Daha sonra bir başqa “Quran”ı da cırıb zibil qabına atıblar.
Çəkilmiş səddin o yanında dayanan müsəlmanlar bu cür hərəkətə ucadan etiraz ediblər.
Oxşar xəbərlər
İraq İsveç səfirini ölkədən qovdu - YENİLƏNİB - VİDEO
İraq dövləti İsveçin Bağdaddakı səfiri Cessika Svardströmün ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bəyanatl...
