İstanbulda kilsədəki silahlı insidentlə bağlı YENİ FAKTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı yeni faktlar üzə çıxıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hücumu həyata keçirən iki şəxsin Yeni ildə sinaqoqlara, kilsələrə və səfirliklərə qarşı hücuma hazırlaşarkən tutulan İŞİD-in Türkiyə strukturuna daxil olduğu ortaya çıxıb.
Qeyd olunur ki, Yeni ildən öncə MİT və polisin birgə əməliyyatı ilə ortaya çıxarılan İŞİD-in Türkiyə strukturuna daxil olan Salman-ı Farisi Batalyonu (SFT) kəşfiyyatçısı "Abu Yakin El Iraki" kod adlı Micbel Əl-Şuveyhi və "Ebu Leys" kod adlı Məhəmməd Hilaf İbrahim İbrahim ələ keçirilib.
Həmçinin 2 İŞİD hücumçusunun təşkilatın silahlı qanadında olduğu və Suriyada qarşıdurma bölgələrində olduğu müəyyən edilib.
Qeyd olunub ki, İŞİD-in dağılmasından sonra Türkiyəyə qeyri-qanuni yollarla daxil olduqları hesab edilən hücumçular uzun müddətdir ki, təşkilatın hücrələrində gizləniblər.
Hücum günü iş üzrə kilsəyə təyin olunduğu halda getməyən polis məmuru barəsində inzibati araşdırma başlanılıb və fəaliyyəti dayandırılıb.
Kilsə hüquqşünası açıqlamasında, "Polisin qapıda olmaması, şübhəsiz ki, hücum edənlərə cəsarət verir", - deyə bildirib.
Xatırladaq ki, silahlı insidentlə bağlı 50-yə yaxın şəxs tutulub. Məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Oxşar xəbərlər
Ərdoğan kilsədəki insidentdən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. BAKU.WS...