Türkiyədə sinaqoq və kilsələrə terror aktları hazırlayan İŞİD üzvləri həbs edildilər - FOTO
03
yan
2024
17:40
Türkiyədə sinaqoqlara, kilsələrə, həmçinin bəzi səfirliklərə hücumlar hazırlayan İŞİD terror qruplaşmasının üzvləri həbs ediliblər.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik orqanları məlumat yayıb.
Bildirilib ki, Türkiyə Kəşfiyyat İdarəsi 9 vilayətdə şübhəlilərin yaşayış yerlərində reydlər keçirib.
Ümumilikdə hüquq-mühafizə orqanların 32-sini saxlayıb, ifadələri alındıqdan sonra onlardan 25-i həbs edilib.
Saxlanılanlar terror aktlarının hazırlanmasının təfərrüatı, onların liderlərinin adlarını, Türkiyə və Suriyada əlaqələrini açıqlayıblar.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə sinaqoq və kilsələrə hücum etməyə hazırlaşanlar saxlanıldı
Türkiyədə sinaqoq və kilsələrə, İraq səfirliyinə hücum etməyə hazırlaşan 3-ü terror təşkilatı DEAŞ-a görə məsuliyyət daşıdığı iddia edilən 32 şübhəli ələ keçiri...