İstanbulda heyrətə gətirən görüntü: Su çəkildi, əsrlik məzar üzə çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun ən qədim yaşayış məskənlərindən biri olan Başakşehirin Şamlar Məhəlləsində yerləşən Şamlar su anbarında suyun isti hava və quraqlığın təsiri ilə çəkildiyi üçün əsrlərə aid kənd qəbiristanlıqları ortaya çıxdı.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, 2013-cü ildə kənd statusundan çıxarılaraq məhəlləyə çevrilən Başakşehir Şamlar Məhəlləsinin bir hissəsi 1996-cı ildə tikintisinə başlanan Sazlıdərə bəndinin dolması ilə su altında qalıb.
Kəndin köhnə yaşayış məntəqəsinin sular altında qalacağını bilən kənd sakinləri qəbrlərini başqa qəbiristanlıqlarda köçürüb, bəziləri isə qəbiristanlıqda qalıb.
Bu il İstanbulda artan temperatur və quraqlıq səbəbindən bir çox bəndlər qurumaq həddinə gəlib və suyun səviyyəsi aşağı düşüb. Sazlıdərə anbarının su səviyyəsi 15,4%-ə qədər azalıb.
Suyun səviyyəsinin azalması ilə tarixi Şamlar kəndi də gün üzünə çıxıb. Suyun çəkilməsi ilə, əsrlər əvvəl tikilmiş tarixi qəbiristanlığın giriş qapısı, ətrafına hörülmüş divarlar və içərisində olan onlarla qəbiristanlıq görünüb.
Şamlar məhəlləsində yaşayan 69 yaşlı Mahir Gönen "Mənim dədələrimdə buralıdır. Həmin qəbiristanlıqda babamın nənəsinə məxsus qəbir daşı tapdım. 1854-cü ildə vəfat edib. Biz o daşın üzərində yazılanları oxuya bilmədik, təbii ki, bilən birinə göstərib nə olduğunu elə başa düşdük. İndi suyun altında qalan yer əvvəllər böyük bir məhəllə olub", - deyə açıqlamasında bildirib.
Oxşar xəbərlər
Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ - FOTO
Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç mifo...