İsrailin Səhiyyə naziri HƏMAS yaraqlılarının müalicəsini qadağan edib

İsrailin Səhiyyə naziri HƏMAS yaraqlılarının müalicəsini qadağan edib
Siyasət 1

İsrailin səhiyyə naziri Moşe Arbel HƏMAS yaraqlılarının dövlət xəstəxanalarında müalicəsinin qadağan edilməsi barədə göstəriş verib.

BAKU.WS xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

"Bu çətin dövrlərdə səhiyyə sistemi bütün diqqətini qırğın qurbanlarının, İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərlərinin müalicəsinə yönəltməlidir. İctimai səhiyyə sistemində terrorçuların təhlükəsizliyini və müalicəsini təmin etmək vəzifəsi bu səylərə əhəmiyyətli dərəcədə zərər verir. Buna görə də mənim rəhbərliyim altında onlar müalicə olunmayacaqlar",-deyə Səhiyyə naziri vurğulayıb.

Son xəbərlər