İsrail XİN Bəhreyndən səfirlərin geri çağırılması ilə bağlı bildiriş almayıb

02
noy
2023
21:36
İsrail Xarici İşlər Nazirliyi Bəhreyn hökumətindən səfirlərin geri çağırılması ilə bağlı bildiriş almayıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
Qeyd olunub ki, Bəhreyn hökumətindən və ya İsrail hökumətindən ölkələrin səfirlərinin geri çağırılması ilə bağlı hər hansı bildiriş və ya qərar qəbul edilməyib.
Vurğulanıb ki, İsrail və Bəhreyn arasında münasibətlər sabitdir.
Qeyd edək ki, Bəhreyn İsraillə iqtisadi əlaqələrini kəsib, səfirini geri çağırıb.
Oxşar xəbərlər
İran xarici siyasətinin böhranı - VİDEO
Bir müddət əvvəl beynəlxalq münasibətlər üzrə tanınmış İran alimi Möhsün Cəlilvənd mətbuata açıqlamasında İran xarici siyasətinin dəqiq, sistemli və strateji pr...