İsrail rəsmisi Qəzza zolağına işıq, su və yanacağın verilməsi üçün şərti açıqladı

12
okt
2023
15:53
İsrail rəsmisi Qəzza zolağına elektrik, su və yanacağın verilməsi üçün şərtləri açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin energetika naziri İsrael Katz danışıb.
O, bildirib ki, Qəzza zolağında girov saxlanılan israillilər evlərinə qayıtmayana qədər Qəzzaya elektrik, su və yanacaq verilməyəcək.
Qeyd edək ki, İsrail və HƏMAS arasındakı qarşıdurmanın 6 gündür davam edir. Münaqişənin ilk günlərindən Qəzza zolağına işıq, su və elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

Oxşar xəbərlər
İsrail-HƏMAS qarşıdurmasında 4-cü gün: Dəqiqə-dəqiqə son yeniliklər - FOTO
İsrail-Həmas qarşıdurmasının 4-cü günündə itkilər artır. İsrailin Qəzzaya qarşı "tam blokada" elanından sonra bölgəyə su, elektrik və yanacaq axını kəsilib. Dig...