İsrail İranın PUA-ları ilə mübarizədə Ukraynaya kömək edəcək
15
mar
2023
23:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail İranın pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün Ukraynaya PUA-ların tıxanma sistemlərinin satışı üzrə ixrac lisenziyalarını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
İxrac lisenziyaları müdafiə naziri Yoav Gallan və xarici işlər naziri Eli Koen tərəfindən təsdiqlənib. Lisenziyalar pilotsuz uçuş əleyhinə sistemlər hazırlayan iki İsrail şirkəti - "Elbit" və "Rafael"lə bağlanılıb.
İsrail rəsmilərinin fikrincə, sistemlər müdafiə xarakterlidir.
Oxşar xəbərlər
İsrail XİN rəhbəri: İranın nüvə silahı əldə etməsinin qarşısını almağın vaxtı çatıb
İsrail Almaniyanı İrana qarşı birlikdə mübarizə aparmağa çağırır və Berlindən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil...