İsrail ordusundan növbəti zərbə: "İslami Cihad" komandiri öldürüldü

İsrail ordusundan növbəti zərbə: İslami Cihad komandiri öldürüldü
Siyasət 46

İsrail Müdafiə Qüvvələri (IDF) Suriya-Livan sərhədi yaxınlığında Fələstinin "İslami Cihad" qruplaşmasının komandirini məhv edib.

Bu barədə Oxu.Az İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalına istinadən xəbər verir.

"İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədi yaxınlığında "İslami Cihad" terror təşkilatının əməliyyatlar bölməsinin terrorçusu Faris Kasimə zərbə endirib və onu məhv edib", - deyə məlumatda bildirilib.

"Kasim "İslami Cihad"ın Suriya və Livanda əməliyyat planlarının hazırlanmasına cavabdeh idi. O, "Hizbullah" terror təşkilatına fələstinli terrorçuların cəlb edilməsində əsas rol oynayıb.

Zərbə nəticəsində Livanda "Hizbullah" terror təşkilatı üçün terror fəaliyyəti həyata keçirmək məqsədilə Suriyadan əlavə olaraq gələn "İslami Cihad" terrorçuları da məhv edilib", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər