İsrail ordusu oktyabrın 7-də Qəzzada girov götürülən iki əsgərin cəsədini tapıb
15
dek
2023
12:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu oktyabrın 7-də fələstinli döyüşçülər tərəfindən qaçırılan iki əsgərin cəsədini Qəzza zolağında tapıblar.
BAKU.WS-in xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cəsədləri tapılan şəxslər komandir Nik Beizer və serjant Ron Şermandır.
Həmçinin bildirilib ki, hər ikisinin 19 yaşı var və Qəzza zolağında, xüsusən də anklavın İsraillə sərhədində nəzarət-buraxılış məntəqələrinin işini koordinasiya edən Koordinasiya və Əlaqələr İdarəsində xidmət ediblər.
Oxşar xəbərlər
İsrail ordusu Qəzza zolağında qısamüddətli humanitar fasilələrə hazır olduğunu açıqlayıb
İsrail Qəzza zolağında uzunmüddətli atəşkəs olmadan, yalnız humanitar yardımın çatdırılması üçün qısamüddətli humanitar fasilələrə razıdır. “Report” xəbər verir...