İsrail ordusu HƏMAS-ın dayaq məntəqəsini ələ keçirdi

İsrail ordusu HƏMAS-ın dayaq məntəqəsini ələ keçirdi
Siyasət 11

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının mühüm dayaq məntəqəsini ələ keçirildiyini açıqlayıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, Givati ​​Briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar edib, orada çoxlu sayda əməliyyat xəritələri və komanda sənədləri, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar edilib.

Ordunun mətbuat xidməti bildirib ki, aşkar edilən bütün məlumatlar İsrail tərəfinin HƏMAS-a qarşı döyüşlərdə uğur qazanması üçün vacib ola bilər.

Son xəbərlər