İsrail kəşfiyyatının rəhbərləri atəşkəs danışıqları üçün Doha və Qahirəyə gedəcəklər
29
mar
2024
23:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail kəşfiyyatının (MOSSAD) rəhbərləri atəşkəs danışıqları üçün Qətərin paytaxtı Dohaya, eləcə də Misirin paytaxtı Qahirəyə gedəcəklər.
“Report” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisindən bildirilib.
Qeyd olunub ki, Baş nazir Benyamin Netanyahu onların səfəri barədə məlumatı təsdiqləyib. Səfərlər qarşıdakı günlərdə baş tutacaq.
İsrail rəsmiləri həmkarları ilə Yaxın Şərqdə davam edən müharibə barədə danışacaqlar.
Xatırladaq ki, HƏMAS və İsrail arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
Oxşar xəbərlər
Türkiyə kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: MOSSAD-ın 7 casusu ələ keçdi
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD)...