“Sputnik V” peyvəndi hazırlayan alimlərdən birini öldürən şəxs həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskva şəhərinin Xoroşevski məhkəməsi yeni növ koronavirus infeksiyasına qarşı “Sputnik V” peyvəndi hazırlayan virusoloqlardan biri olan Andrey Botikovu öldürməkdə təqsirli bilinən şəxsin həbs edilməsi barədə qərar çıxarıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, təqsirləndirilən Aleksey Zmanovski günahını etiraf edib.
İttiham tərəfinin sözlərinə görə, o, Roqova küçəsindəki şəxsi mənzilində mübahisə zəminində Botikovu kəmərlə boğub. Buna görə onu 15 ilə qədər həbs gözləyir.
Alim “Sputnik V” peyvəndi üçün patentin həmmüəllifi kimi Rusiya prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılıb. Peyvəndin yaradılmasında 18 alimi iştirak edib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...