İspaniyanın müvəqqəti işlər vəkili Azərbaycanı Xarici İşlər Nazirliyinə çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı ilə əlaqədar İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirlib ki, görüşdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Ermənistanın Azərbaycanın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimi təbliğ edən "X" paylaşımının qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşılmaz olduğu vurğulanıb. Bu qeyri-konstruktiv yanaşmanın Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb.
İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən "X" paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.
Azərbaycan tərəfi belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...