İspaniyada limanda 8 ton kokain tapılıb
İspaniyanın hüquq-mühafizə orqanları Alxesiras limanında (Əndəlus muxtar icması) konteynerlərdən birində 8 ton kokain aşkar ediblər.
“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq zamanı İspaniyada narkotik vasitələrin əldə edilməsinə görə məsul olduğu güman edilən bir şəxsi saxlayıblar. Həmçinin daha iki nəfər barəsində cinayət işi açılıb.
Qeyri-qanuni yük İspaniyaya Surinamdan gəlib. Kokain narkotiklərin skaner tərəfindən aşkarlanmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış metal konstruksiyaya yerləşdirilmiş halda olub.
Oxşar xəbərlər
Türkiyədə ƏMƏLİYYAT: Şarj cihazından kokain tapıldı
Türkiyənin İzmir şəhərində narkotik satıcının motosikletindəki şarj cihazından kokain tapılıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Karşıy...