SOCAR və IMF enerji keçidi və rəqəmsallaşmanı müzakirə edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında enerji keçidi və rəqəmsallaşma məsələləri üzrə fikir mübadiləsi aparılıb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, SOCAR və IMF-nin Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə IMF arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində tərəfdaşlarla birgə atılan addımlar, SOCAR-ın strateji hədəfləri, yeni Əməliyyat Modeli barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...