SOCAR Türkiyəyə 18 milyard dollardan çox yatırım edib
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR Türkiyəyə 18,2 milyard dollarlıq yatırım edib. Bu ölkəmiz üçün çox əhəmiyyətli bir investisiyadır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun panel çıxışı zamanı Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu deyib.
N.Şatıroğlu qeyd edib ki, həm işğaldan azad olunan ərazilərdə, həm də Naxçıvanda yaşıl enerji ilə bağlı müxtəlif layihələrin icrasına dəstək olacaqlar.
Nazir müavini 2023-cü ildə təməli qoyulan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin rolundan danışaraq qeyd edib ki, bununla Naxçıvanın enerji baxımdan təhlükəsizliyi artacaq.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...