SOCAR-ın vitse-prezidenti: “bp və “Masdar”la imzalanan müqavilələr böyük əhəmiyyət kəsb edir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün Şuşada Böyük Britaniyanın bp şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanan müqavilələr Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.
“Hesab edirəm ki, biz “yaşıl enerji” sahəsində uzun müddət əməkdaşlıq edəcəyik. Bu şirkətlər, eyni zamanda Energetika Nazirliyi Şuşada külək generatorları, günəş panelləri və yaşıl enerji ilə əlaqədar bütün qurğuları quraşdıracaq. Onların burada olması bizim üçün qürur hissi doğurur. Dekarbonizasiya proseslərinin azaldılması istiqamətində SOCAR-ın böyük uğurları var. Burada da sıfır dekarbonizasiyaya çatmaq, tam “yaşıl enerji” qurğularını quraşdırmaq bizim üçün böyük önəm daşıyır”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...