SOCAR-ın Qaz İxrac İdarəsinin qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir

SOCAR-ın Qaz İxrac İdarəsinin qazpaylayıcı stansiyaları “Azəriqaz”a verilir
Siyasət 88

Ümumilikdə 398 qazpaylayıcı stansiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin tabeliyindən çıxarılaraq “Azəriqaz”a verilir.

BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib.R.Əliyev bildirib ki, sənədləşmə, təhvil-təslim və işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.

Baş direktor qeyd edib ki, 1 700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək.

Son xəbərlər