SOCAR: Cəbrayılda GES-in tikintisi 2025-ci ildə başa çatacaq

SOCAR: Cəbrayılda GES-in tikintisi 2025-ci ildə başa çatacaq
Siyasət 30

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin sonuna kimi BP və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” günəş elektrik stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə deyib.

“Biz BP və Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə günəş elektrik stansiyasının tikintisi layihəsini həyata keçiririk. Bu, GES-in inşası 2025-ci ilin sonuna qədər tamamlanacaq”, - o vurğulayıb.

Son xəbərlər