Sloveniya Ukraynaya 20 ədəd ZDM verib
Yeniliklərdən dərhal xəbərdar olun
Sloveniya hökuməti tam məxfilik şəraitində Ukraynaya 20 ədəd “Valuk” zirehli döyüş maşını (ZDM), Avstriyanın “Pandur” maşınlarının analoqu olan texnika verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Sloveniyanın “24UR” xəbər portalı mənbələrinə istinadən məlumat yayıb.
“Sloveniyanın belə ianəsinin rəsmi təsdiqini almamışıq və yəqin ki, bir müddət daha bu barədə məlumat almayacağıq.
Amma mənbələrimiz Ukraynaya tədarükün bu həftə tam məxfilik şəraitində başa çatdığını təsdiqləyib. Əməliyyatın özü bir neçə ay davam edib, çünki texnikanı hazırlamaq, ona xidmət göstərmək və daşımaq lazım idi. Texnikalar təyyarə ilə qonşu ölkələrdən birinə çatdırılıb.
Dayanacaq, böyük ehtimal, Polşa və ya Slovakiyadakı Ukraynaya yarım mərkəzlərindən biri olub”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Rusiya raketi Polşaya düşdü - NATO döyüşə hazır vəziyyətə gətirildi
Polşa ərazisinə düşən raket Rusiya istehsalıdır. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib k...