Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
07
may
2024
16:48
Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, Baş nazir Robert Fitso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB + FOTO
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Şəhidlər xiyabanını ziyarət edib. BAKU.WS xəbər verir ki, Baş nazir İrakli...