Slovakiya Prezidenti Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərinə ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir", - o yazıb.
Peter Pelleqrini bildirib ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək.
Qeyd edək ki, iyulun 13-də Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində energetika, ticarət, nəqliyyat, texnologiyalar sahələrində əməkdaşlığın inkişafı və Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpası layihələrində iştirakı məsələlərinə dair danışıqların aparılması planlaşdırılır. Həmçinin Bakıda Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyə...