İskenderunda dəniz daşdı - Küçələri su basdı - FOTO/VİDEO

30
mar
2023
13:15
Türkiyənin zəlzələ bölgəsi İskenderunda təbii fəlakətlərin ardı-arası kəsilmir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə də yaranmış güclü fırtına dəniz suyunu daşırıb.
Səhər saatlarından başlayan yağış böyük gölməçələr yaradıb və lyuklar dolub.
Dənizdə sululuq artıb və küçələri su basıb. Yaranmış xoşagəlməz hal Atatürk Bulvarında nəqliyyatın hərəkətini iflic edib.
İskenderun bələdiyyə sədri Murat Sefa Demiryürek açıqlama verərək yağış suyu yığılan lyukların dolduğunu və şəhəri su basdığını deyib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
