"İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın "İsgəndər-M" raketləri Belarus ərazisindən Ukraynaya doğru yerləşdirilib.
BAKU.WS "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir.
Bundan əlavə, Belarus silahlı qüvvələrinin bölmələri Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərində hərbi tapşırıqları yerinə yetirir.
"Ukraynada Belarusla sərhəd ərazilərdə təxribatın mümkünlüyü istisna edilmir. Hərbi və mülki infrastruktura raket və bomba hücumları təhlükəsi hələ də qalmaqdadır", - Baş Qərargah qeyd edib.
Bundan əlavə, Severski istiqamətində Ukraynanın Rusiya ilə həmsərhəd rayonlarında, həmçinin Zaporojye, Dnepropetrovsk, Donetsk, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrində infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.
Oxşar xəbərlər
Ukrayna Baş Qərargahı: "Rusiyanın canlı qüvvə itkiləri 20 000-ə çatıb"
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ukrayna Silahlı...