Siyavuş Novruzov: “Nazir qalıb kənarda mətbuat xidməti xalqa əlləzinə oxuyur”
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, deputat parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır.
Ona görə də Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir.
S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub: “Hamı aparat rəhbəri təyin edir.
Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”
S.Novruzov əlavə edib ki, bütün nazirliklərdə mətbuat xidmətlərinin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:
“Karantin dövründə də gördük ki, nazir qalıb kənarda bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...