Siyavuş Novruzov: "ABŞ-da milyonçunun uşağı restoranda qab yuyur" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"İnsanlar seçim etməli və yaxşı oxumalıdırlar. Biz parlamentdə təhsil kreditlərinin verilməsi ilə bağlı məsələ qaldırmışıq. Həmin kredit onlara verilir, bu insanlar oxuyub qurtarırlar. Bundan sonra işlədiyi dövrdə təhsil kreditini dövlətə qaytarırlar. Ailə belə halda yüngülləşir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.
"Bundan başqa ən çox istinad etdiyiniz demokratik ölkə olan ABŞ-da səhər gedir oxuyur, axşam gedir restoranda qab yuyur. Özü də milyonçunun uşağı. Bizim hamımız vaxtilə işləmişik", - deyə Siyavuş Novruzov əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...