Siyasi oyunlarla hədəfə alınan gənclər
Azərbaycan Prezidenti gəncləri bir dövlətin qüdrətinin, bir xalqın əbədi azadlığının açarı kimi görür.
Məsələn, müstəqil Azərbaycan milli dəyərlər üzərində qurulub. Bu dəyərləri qoruyub-saxlamaq müstəqil Azərbaycan gəncinin ən ümdə vəzifəsi olmalıdır.
Bu barədə Baku TV-nin videomaterialında qeyd olunur.
Bildirilir ki, Prezident gənclərə vəzifələrini - milli xüsusiyyətlərini itirməmək kimi, muğamına, xalçaçılıq ənənələrinə, milli bayramlarına, dilinə sahib çıxmaq kimi əsas hədəflərini xatırladır. Çünki bir gəncin əsas borcu dövlət maraqlarını hər şeydən üstün tutmaq olmalıdır. Bunu kosmopolit, "dəyərlər" ətrafında birləşənlər yox, milli keyfiyyətlərə sahib mahiyyət daşıyıcıları bacararlar.
Gənclərlə bağlı xaricdə təhsil proqramlarının həyata keçirilməsi, güclü mütəxəssislər sinfinin yaradılması da dövlətin uğurlu gənclər siyasətinin bir parçasıdır. Ancaq bu müstəqil Azərbaycan üçün bir yenilik deyil. Çünki sovet vaxtında Heydər Əliyevin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilirdi, özü də güzəştli şərtlərlə. Bir başqa sovet respublikasında buna oxşar proqram yox idi. Məqsəd gənclərə yeni biliklər vermək idi.
Oxşar xəbərlər
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT...