Sinay yarımadasında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopterin qəzaya uğrayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.
ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib ki, ölənlərdən 6-ı ABŞ-ın hərbi qulluqçuları, habelə Fransa, Çexiya vətəndaşlarıdır.
"Biz Sinay yarımadasında helikopter qəzası nəticəsində Amerikanın 6 hərbi qulluqçusunun, həmçinin çoxmillətli qüvvələrin tərkibindən iki partnyor dövlətin itkilərindən kədərlənmişik", - Miller Pentaqonun "Twitter"dəki rəhbərində yazıb.
Daha əvvəl "Sky News Arabia" telekanalı bildirib ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə Cənubi Sinayda baş verib.

Oxşar xəbərlər
Beyrutdakı partlayış zamanı insanların yaşadığı DƏHŞƏTLİ ANLAR - VİDEO
Livanın paytaxtı Beyrutdakı partlayışın dəhşətli nəticələri üzə çıxır. BAKU.WS xəbər verir ki, partlayış zamanı təhlükəsizlik kameralarına düşən bəzi acı faciəl...