Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib

21
iyl
2025
18:38
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olub.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və qtisadi əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük", - deyə nazir bildirib.
Qalereya
Oxşar xəbərlər
AZAL-ın təyyarəsini vuranın - FOTOSU
2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı sensasion məlumat yayılıb. BAKU.WS "Qafqazinfo"ya isti...