Şimal-qərb bölgəsində növbədənkənar parlament seçkilərinə start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkənin şimal-qərb bölgəsində növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz, Qəbələ və Şəki rayonları ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrində seçkiyə start verilib.
117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi üzrə 64 məntəqə fəaliyyət göstərir. Bunlardan 8 məntəqədə veb-kamera, 20 məntəqədə isə pandus quraşdırılıb.
Seçki dairəsi üzrə 54 min 690 seçici qeydiyyata alınıb, onlardan 554 nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə həmin gün 18 yaşı tamam olan 2 seçici var.
117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin seçki məntəqələrində 772 müşahidəçi seçkini izləyəcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...