Silahlı şəxslə əlaqədar Hamburq aeroportu fəaliyyətini dayandırıb - VİDEO

Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.
Hadisə yerli vaxtla saat 20.00-da baş verib.
Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.
Hadisə yerinə Hamburq polis qüvvələri cəlb olunub, həmin şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir. Kişinin yanında minimum bir uşaq olduğu bildirilib.
Hüquq-mühafizə orqanları hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir.
Həmin şəxsin polisdən onu təyyarə ilə Türkiyəyə göndərməyi tələb etdiyi bildirilir.//apa
Oxşar xəbərlər
İslam Mərkəzi, yoxsa İranın casusluq yuvası - VİDEO
Bu günlərdə Almaniya Yaşıllar Partiyasının həmsədri Ümid Nuripur televiziyalardan birinə müsahibəsində Hamburq şəhərində yerləşən İrana bağlı İslam Mərkəzinin f...
