Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
BAKU.WS xəbər verir ki, ilkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq.
Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, nəqliyyat şəbəkəsinin yenidən qurulması və inkişaf etdirilməsi həmin ərazilərə müntəzəm avtobus marşrutlarının təşkil edilməsinə imkan yaradır.
Nəzərdə tutulan marşrut xətləri isə Bakı - Şuşa - Bakı , Əhmədbəyli - Şuşa - Əhmədbəyli , Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.
Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...