Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatdır - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub:
"Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb".
Oxşar xəbərlər
Vətən Müharibəsində Azərbaycanın verdiyi şəhidlərin sayı açıqlandı - RƏSMİ
Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərli...