Şuşadan Xankəndini müşahidə etmiş türkiyəli jurnalist: “Heç nə əvvəlki kimi olmayacaq" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakıya səfər zamanı 44 günlük müharibənin Azərbaycan xalqında yaratdığı qürur, özünəinam və Türkiyə sevgisini yaxından görmək imkanımız oldu. Şuşaya səfərimiz də bu qürur və özünəinamın göstəricisidir. Biz gördük ki, geriyə yol yoxdur və Azərbaycanın siyasi iradəsini qırmaq mümkün deyil”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin “Dünya” qəzetinin yazarı Ragıp Kutay Karacanın Azərbaycana səfərlə bağlı köşə yazısında yer alıb.
Müəllif Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Şuşaya baş tutan səfərinin yekunları ilə bağlı hazırladığı məqaləsində Füzulidə gördüklərindən şoka düşdüyünü vurğulayıb.
R.K.Karaca iki Füzulinin şahidi olduğunu qeyd edib: "Birincisi, 30 il dağıdılan, daşı-daş üstündə qalmayan Füzuli. İkincisi, yenidən qurulan və qeyri-adi sürətlə bərpa edilməkdə olan müasir Füzuli”.
Minalar Azərbaycanın regiona investisiyalarını və köçkünlərin geri qayıtmasını gecikdirir. Hüquq müdafiəçiləri, müharibə əleyhdarı olan fəallar, demokratiya carçıları, beynəlxalq qurumlar buna reaksiya vermir. Biz təəccüblənirik? Yox. Füzulidən sonra gördüyümüz mənzərədə heç nə dəyişməyib. Hər yer taleyin ümidinə qalıb. Ermənistan buğda əkilməli olan tarlalara minalar basdırıb”.
“İşğaldan azad olunan ərazilərdə hava limanları tikilib, dağların içindən magistral yollar çəkilir. Şuşada sıldırım qayaları görəndə gözümüzün önünə Azərbaycan əsgərlərinin həmin qayalara dırmaşaraq şəhəri necə azad etmələri gəlir. Bu cəsarətin səbəbi böyük türk sivilizasiyasının mühüm şəhəri olan Şuşanı öz sahiblərinə qaytarmaq istəyindən başqa bir şey deyil. Şuşa qalasını və onun qarşısında Xarı Bülbül simvolunu görəndə sözlə ifadə olunmaz sevinc hissi keçiririk.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...